Türk basketbolçu dünyasını dəyişdi – narkotikə görə
24.12.2018 , 16:27

Türkiyənin “Edirnespor” komandasının basketbolçusu Kemal Mazlum Zahra dünyasını dəyişib.
Yaşadığı evdə komaya düşən 24 yaşlı oyunçu xəstəxanada ölüb.
Onun narkotik maddə istifadə etdikdən sonra halının pisləşdiyi iddia olunur. Basketbolçunun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.
