Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı gözlənilən Yaya Tureyə artıq indidən təkliflər gəlir.
Korner.az-ın məlimatına görə, Ture Çindən təklif alıb.
Bu ölkənin “Jiangsu Suning” klubu 32 yaşlı futbolçunun xidmətində maraqlıdır. Ture bu təklifi qəbul edəcəyi təqdirdə ilinə 39,5 milyon avro qazanacaq ki, bu da “Mançester Siti”dəki gəlirindən ikiqat artıq olacaq.
