“Liverpul”un futbolçusu Kolo Ture klubu ilə olan müqavilə müddətini yeniləyib.
Korner.az-ın məlumatına görə, afrikalı müdafiəçi daha bir il bu komandada top qovacaq.
Bu barədə klubun rəsmi saytı yazıb.
Xatırladaq ki, Ture ötən mövsüm 14 oyunda komandasına kömək etmişdi.
