“Turan”ın sabiq prezidenti vəfat etdi
11.12.2020 , 13:15

“Turan” klubunun keçmiş prezidenti Namiq Məstanov vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun rəsmi Feysbuk səhifəsi paylaşım edib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, N.Məstanov 2001/02 və 2003/04-cü illərdə “Turan”a rəhbərlik edib. Daha sonra isə müxtəlif illərdə o, klubun vitse-prezidenti vəzifəsində çalışıb.
