"Turan"ın hücumçusu Salif Ballonun komandanı tərk edəcəyi gözlənilir.
Korner.az-ın məlumatına görə, artıq "Xəzər Lənkəran", AZAL və "Rəvan" bu futbolçu ilə maraqlanır.
Hətta bu klubların Balloya rəsmi təklif göndərdiyi deyilir. Məsələni Ballonun meneceri Çinar Məmməd də təsdiqləyib. Çinar bəy sayta açıqlamasında bildirib ki, Balloyla türk klubları da maraqlanır.
Qeyd edək ki, Salif "Turan"a "Xəzər Lənkəran"dan keçmişdi.
