“Bir tərəfdən Premyer Liqanın başlanmasına sevinirik, digər tərəfdən isə problemlərimiz var. Məğlubiyyətdə səbəbi araşdırmağa vaxt yoxdur. Meydan amili bu gün böyük rol oynadı. Hazırlıq vaxtı süni meydançada oyun keçirmədik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Turan"ın baş məşaçisi Əfqan Talıbov deyib.
Tovuz klubunun çalışdırıcısı Premyer liqanın 19-cu turunda "Rəvan"a 0:2 hesabıyla uduzduqları oyunu şərh edərkən daha sonra bunları deyib:
"Qış fasiləsində heyətdən 8 nəfər getdi, gecə-gündüz çalışmalıyıq ki, onların yerini dolduraq. Stukalovun oyununu fərqləndirmək istərdim. Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı”.