“Turan Tovuz”un tablo problemi aradan qaldırıldı
29.03.2023 , 20:50

“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz Şəhər Stadionunda bir problemi aradan qaldırılıb.
Korner.az xəbər verir ki, artıq arenada elektron tablo quraşdırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tablo artıq istifadəyə hazırdır.
