“Turan Tovuz”un rəqibləri məlum oldu
16.07.2024 , 22:35

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə aydınlıq gəlib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 18-də Türkiyə birinci liqa təmsilçisi “Pendikspor”, 22-də isə Superliqa təmsilçisi “Adana Dəmirspor”la qarşılaşacaq.
Son yoxlama oyunu isə ayın 25-də olacaq. Kurban Berdıyevin komandası Türkiyə birinci liqa təmsilçisi “Kocaelispor”la üz-üzə gələcək.
