“Turan Tovuz”un rəqibi dəyişdi
16.01.2023 , 12:48

Antalya təlim-məşq toplanışında olan “Turan Tovuz”un son yoxlama oyunundakı rəqibi dəyişib.
Korner.az xəbər verir ki, 17 yanvarda keçirilməli olan “Turan Tovuz” – “Qurnik” (Zabrje,Polşa) oyunu baş tutmayacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv əvəzində eyni tarixdə Qazaxıstan təmsilçisi “Jetisu” ilə üz-üzə gələcək.
“Turan Tovuz” bundan əvvəl “Petrolul”a (Rumıniya) 2:3 hesabıyla uduzub, İsveçrənin “Aarau” klubunu isə 1:0 hesabıyla məğlub edib.
