“Turan Tovuz”un oyunu 2 manata
10.02.2024 , 16:18
![](https://korner.az/wp-content/uploads/2021/09/premyer-liqa.jpg)
Premyer Liqanın XXII turunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 13 fevral tarixində, saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)