“Turan Tovuz”un oyunu 1 manata
28.11.2023 , 10:57

Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, 1 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Sözügedən qarşılaşma bu gün Tovuz şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da start götürəcək.
