“Turan Tovuz”un legioneri milliyə çağırıldı
01.06.2023 , 12:44

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, o, qarşıdakı 2 oyunda yığma komandanın sərəncamında olacaq.
Müdafiəçi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində 17 iyun Albaniya, 20 iyun tarixində isə Polşa ilə keçiriləcək oyunlar üçün Moldova millisinə çağırılıb.
