“Turan Tovuz”un ilk rəqibi müəyyənləşdi
01.01.2025 , 13:13
“Turan Tovuz”un Türkiyədəki təlim-məşq toplanışında ilk rəqibi dəqiqləşib.
Korner.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv Rumıniya Superliqasının autsayderi “Qloriya Buzau” klubu ilə qarşılaşacaq.
Görüşün vaxtı hələ müəyyən edilməyib. İkinci rəqibin kimliyi isə hələ ki, məlum deyil.
“Turan Tovuz” yanvarın 4-dən 13-nə qədər Türkiyənin Antalya bölgəsində toplanış keçəcək.