“Turan Tovuz”un iki futbolçusu milliyə çağırıldı
06.11.2023 , 12:24

“Turan Tovuz”un iki futbolçusu milli komandalarına dəvət alıb.
Korner.az xəbər verir ki, Denis Marandiçi qarşıdakı 2 oyun üçün Moldova millisə çağırılıb. Moldova yığması Avro-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 17-də evdə Albaniya, 3 gün sonra isə səfərdə Çexiya ilə qarşılaşacaq.
Bölgə klubunun digər müdafiəçisi Emmanuel Hakman isə Toqo millisinə çağırılıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da səfərdə Sudan, 21-də isə evdə Seneqalla keçiriləcək oyunlar üçün Toqo millisinə dəvət alıb.
