“Turan Tovuz”un futbolçusu milliyə dəvət aldı
06.06.2023 , 11:10

“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, müdafiəçi 11-18 iyun tarixlərində KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF “Gold Cup 2023″də Panama millisinin düşərgəsində olacaq.
31 yaşlı futbolçu bu ilin martında “Turan Tovuz”a keçib.
