“Turan Tovuz”un futbolçusu milliyə çağırıldı
03.10.2024 , 13:26

“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, müdafiəçi növbəti 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Panama millisi yoxlama oyunları çərçivəsində oktyabrın 12-də ABŞ, oktyabrın 15-də isə Kanada ilə qarşılaşacaq.
