“Turan Tovuz”un futbolçusu milliyə çağırıldı
26.05.2024 , 13:58

“Turan-Tovuz”un müdafiəçisi Roderik Miller Panama milli komandasına dəvət alıb.
Korner.az xəbər verir ki, 32 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsinin oyunlarına hazırlıq üçün yığmaya çağırılıb.
O, İspaniyadakı toplanışda iştirak edəcək. Təlim-məşq toplanışı çərçivəsində Panama millis iki yoldaşlıq oyunu keçirəcək.
