“Turan Tovuz”un futbolçusu əməliyyat olundu
24.12.2024 , 13:51
“Turan Tovuz”un futbolçusu Faiq Hacıyev cərrahiyə əməliyyatı olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.
İstanbulda Türkiye xəstəxanasında baş tutan əməliyyatdan 2 gün sonra Havcıyev ev şəraitində mülicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.