“Turan Tovuz”un futbolçusu əməliyyat olundu
07.01.2025 , 10:55
“Turan Tovuz”un menisk yırtığı diaqnozu qoyulan futbolçusu Roderik Miller artroskopik diz əməliyyatı olunub.
Korner.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun rəhbərliyini n və həkimlərinin icazəsi ilə müdafiəçinin əməliyyatı vətəni Panamada, milli komandanın həkimlərinin nəzarəti altında həyata keçirilib.
Bildirilib ki, əməliyyatı uğurlu keçən futbolçunun bərpa müddəti haqqında əlavə məlumat veriləcək.