“Turan Tovuz”un 10-cu qələbəsi
06.02.2026 , 20:30
“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.
Korner.az xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.
Tovuz təmsilçisi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir
Qeyd edək ki, “Turan Tovuz” ilk qələbəsini 2015/16 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdəki 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.