“Turan Tovuz”dan yeni transfer – Rəsmi
30.06.2023 , 21:17

“Turan Tovuz” yeni transfer reallaşdırıb.
Korner.az xəbər verir ki, komanda Martin Detelinovu heyətinə cəlb edib.
Bolqarıstanlı futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sofiya “Levski”sinin yetirməsi olan hücumçu son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub. O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib. Martin Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.
