“Turan Tovuz”dan yeni transfer
10.07.2023 , 18:25

“Turan Tovuz” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Tovuz təmsilçisi Budaq Nəsirovu transfer edib. 26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb.
Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz”, “Sportinq”də (Portuqaliya) çıxış edib O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı A milli komandamızın da formasını geyinib.
