“Turan Tovuz”dan yeni transfer
22.07.2024 , 15:59

“Turan Tovuz” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, müdafiəçi Araş Qadiri ilə 2+1 illik müqavilə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı iranlı futbolçu son olaraq “Traktorsazi”də çıxış edib. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.
