“Turan Tovuz”dan yayın ilk transferi – Rəsmi
23.06.2025 , 15:44

“Turan Tovuz” bu yay ilk transferini edib.
Korner.az xəbər verir ki, Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. 26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.
