“Turan Tovuz”dan Türkiyə klubunda
11.01.2024 , 21:40
“Turan Tovuz”la futbolçusu Sertan Taşkın arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 və əsas millisində çıxış etmiş 26 yaşlı müdafiəçi karyerasını Tükiyənin 1-ci liqasında çıxış edən “Manisa” klubunda davam etdirəcək.