“Turan Tovuz”dan səfər qələbəsi
07.02.2023 , 18:51

Bu gün Azərbaycan I Divizionunda XVI tura start verilib.
Korner..az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Kəpəz”in əvəzedici komandası Gəncədə “Zirə-2”-ni məğlub edib. 5 qolun vurulduğu “Şamaxı-2” – “Turan Tovuz-2” matçında qonaqlar qələbə qazanıb.
“Qəbələ-2” isə səfərdə “İmişli”ni məğlub edib.
I Divizion
XVI tur
Kəpəz-2 – Zirə-2 – 1:0
Qol: Elnur Cəfərov, 90
Şamaxı-2 – Turan Tovuz-2 – 2:3
Qollar: Qurban Səfərov, 27, Tapdıq Əhmədov, 51 – Nazim Həsənzadə, 70, Akif Tağıyev, 71, Rəşad Əliyev, 82
İmişli – Qəbələ-2 – 0:2
Qollar: Rauf Məhərrəmov, 50, Xəyyam Məmmədli, 90+3
