“Turan Tovuz”dan qələbə, “Sabah”dan darmadağın
22.11.2019 , 16:52

Bu gün I Divizionda XI tura yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə daha 2 görüş keçirilib.
“Sabah-2” səfərdə “Ağsu”nu darmadağın edib – 4:0.
22 noyabr
“Turan Tovuz” – “Qarabağ-2” – 3:0
Qollar: Elçin Qasımov, 54, İlkin Sadıqov, 85, 89
“Ağsu” – “Sabah-2” – 0:4
Qollar: Bəxtiyar Soltanov, 27, Emil Qasımov, 57, Bəxtiyar Soltanov, 67, Cavid Nəcizadə, 88
