“Turan Tovuz”dan növbəti transfer – Rəsmi
08.01.2025 , 20:12
![](https://korner.az/wp-content/uploads/2025/01/IMG_2403.jpeg)
“Turan Tovuz” qış fasiləsində növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Tovuz təmsilçisi “Kəpəz”dən Orxan Əliyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə 2025-2026-cı illər mövsümünün sonunadək müqavilə bağlanılıb.
Son olaraq “Kəpəz”in formasını geyinən hücumçu daha öncə “Sumqayıt”, “Xəzər-Lənkəran”, “Zirə”, “Səbail”, “Araz-Naxçıvan”ın şərəfini qoruyub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)