“Turan Tovuz”dan növbəti transfer
26.06.2024 , 11:55

“Turan Tovuz” növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, Tovuz təmsilçisi Sergey Samoku heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.
