“Turan Tovuz”dan növbəti transfer
01.07.2023 , 16:39

“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belaydi Pusi ilə 1 illik sözləşmə imzalanıb. O, 2023/2024 mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Belaydi bu ilin yanvar ayından Tovuz təmsilçisinin formasını geyinir.
