“Turan Tovuz”dan ilk transfer – Rəsmi
06.01.2025 , 19:45
“Turan Tovuz” qış fasiləsində ilk transferi gerçəkləşdirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rusiyalı yarımmüdafiəçi icarə əsasında ccari mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.
Mahaçqala “Dinamo”suna məxsus 22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi “Kayrat”da da legioner həyatı yaşayıb.
O, həm “Kayrat”, həm də “Dinamo”da hazırda “Turan Tovuz”un baş məşqçisi olan Kurban Berdıyevin rəhbərliyi altında oynayıb.