“Turan Tovuz”dan heç-heçə
22.07.2024 , 15:10

Hazırlıqlarının 2-ci mərhələsini Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda Türkiyə Superliqası təmsilçisi “Adana Dəmirspor”la qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.
İlk qolda avtoqol qeydə alınan matçda “Turan Tovuz”un digər qollarını Veysəl Rzayev və Aleks Souza vurub.
