Futbol

“Turan Tovuz”dan azarkeşlərə çağırış

02.07.2022 , 12:27

Tovuz Şəhər Stadionundakı təmir işləri ilə əlaqədar hazırlıq prosesinin ilk 2 mərhələsini Bakıda keçirən “Turan Tovuz” doğma arenasına qayıtmağa hazırlaşır.

Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi iyulun 3-də saat 18:00-da Ayxan Abbasovun baş məşqçiliyi altında tam heytlə ilk məşqinə çıxacaq. “Turan Tovuz” bütün azarkeşləri açıq məşqinə dəvət edib.

“Turan Tovuz” yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Son yazılar

Yuxarı