“Turan Tovuz”dan ayrılan futbolçu bu kluba keçdi
31.07.2023 , 10:58

“Turan Tovuz”dan ayrılan Siyanda Xulunun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, müdafiəçi Cənubi Afrika Respublikasının “SuperSport” komandasına keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin şərtləri açıqlanmayıb.
