“Turan Tovuz”dan 7 min manat məbləğində yardım
14.02.2023 , 18:58

“Turan Tovuz” – “Kəpəz” oyununda satışa çıxarılmış 2350 biletin satışından əldə olunmuş 7 min manat vəsait zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə yardım məqsədi ilə AFAD-ın hesabına köçürülüb.
Korner.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
