“Turan Tovuz”da yeni müqavilə
29.07.2024 , 11:43

“Turan Tovuz” futbolçusu Roderik Millerlə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Panama millisinin də üzvü olan müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcək.
Onun əvvəlki müqaviləsi 2025-ci ilin iyununa qədər idi. Miller “Turan Tovuz”un heyətində 32 oyun keçirib və 6 qol vurub.
