“Turan Tovuz”da yeni məşqçi
03.07.2023 , 11:24

Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Alberto Qarsiya Santamariya ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarsiya ilə razılaşmanın müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
