“Turan Tovuz”da yeni futbolçu
22.01.2023 , 17:40

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Skenderbeu”dan Belaydi Pusini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Albaniyalı hücumçu ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vllazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda, 6 qol vurub.
