“Turan Tovuz”da ayrılıq
06.02.2024 , 19:54

“Turan Tovuz” futbolçusu Budaq Nəsirovla yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Budaq Nəsirov bu mövsüm “Turan Tovuz”la 3 oyunda meydana çıxıb. Yarımmüdafiəçi əvəzedici komandanın heyətində “Səbail-2” ilə keçirilən görüşdə (5:1) komanda yoldaşı Elxan Qasımovu vurduğu üçün 4 oyunluq cəzalanmış, əsas komandadan uzaqlaşdırılmışdı.
