“Qarabağ” “Neftçi”yə qalib gəldi
01.10.2022 , 19:54

Korner.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
İlk matç Tovuzda olub. Yerli “Turan Tovuz” azarkeşləri önündə “Zirə”ni qəbul edib və 1:3 hesabı ilə nəğlub olub.
Günün və turun mərkəzi görüşü Suraxanıda oynanılıb. Lider “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Derbi Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.
Tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur
1 oktyabr
15:30. “Turan Tovuz” – “Zirə” – 1:3
Hakimlər: Rauf Abdullayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu
18:00. “Qarabağ” – “Neftçi” – 3:1
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”
