“Turan Tovuz” yeni mövsümə start verdi
30.06.2023 , 21:23

“Turan Tovuz” 2023/24 mövsümünün hazırlıqlarına başlayıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovu təmsilçisi ilk məşqinə Bakı Olimpiya Stadionunda çıxıb.
“Turan Tovuz” iyul ayının 13-də Türkiyəyə yola düşəcək.Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən Cam otelində məskunlaşacaq komanda ayın 28-nə qədər hazırlığını burada davam etdirəcək.
