“Turan Tovuz” və “Keşlə”dən qələbə
12.03.2020 , 17:35

Azərbaycan Birinci Divizionunda XIX tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Turan Tovuz” doğma meydanda “Keşlə”nin, “Kəpəz” isə “Sabah”ın əvəzedicilərinə minimal hesabla qalib gəlib.
Bu tur “Sumqayıt-2” komandası istirahət edir.
Birinci Divizion
XIX tur
12 mart
Turan Tovuz – Keşlə-2 – 1:0
Qol: Səbayıl Bağırov, 90+1.
Hakimlər: Rövşən Rəcəbov, Pərvin Talıbov, Elman Kərimov, Rəhim Həsənov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
Kəpəz – Sabah-2 – 1:0
Qol: Elcan Rəhimov, 42.
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.
13 mart
Neftçi-2 – Qarabağ-2
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, İnqilab Məmmədov.
“ASK Arena”.
Qaradağ Lökbatan – Zaqatala
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Rəhman İmami, Tural Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
Səbail-2 – Zirə-2
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kərim Zeynalov, Elçin Məsiyev.
“ASCO Arena”.
Qeyd: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün MOİK – “Ağsu” matçı keçirilməyəcək.
