“Turan Tovuz” – “Sumqayıt” matçının biletləri satışda
01.12.2023 , 13:34
Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, matça 2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Dekabrın 2-də keçiriləcək oyuna saat 18:30-da start veriləcək.