“Turan Tovuz” – “Sumqayıt” matçı 2 manata
17.04.2024 , 17:51

Azərbaycan Premyer Liqasının XXXI turunda keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 19 aprel tarixində, saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
