“Turan Tovuz” “Şamaxı”ya qalib gəldi
15.07.2022 , 20:48
2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Turan Tovuz” bu gün yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun komandası “Şamaxı” ilə üz-üzə gəlib. Görüş “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Turan Tovuz” yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.
