“Turan Tovuz” “Şamaxı” ilə heç-heçə etdi
25.04.2025 , 21:00

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk gün 1 matç keçirilib.
Turun açılış oyununda “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
25 aprel
19:00. “Turan Tovuz” – “Şamaxı” – 1:1
Qollar: Kauan Martins, 54, Brahim Konate, 56
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Tovuz şəhər stadionu.
