“Turan Tovuz” – “Səbail” oyunu 2 manata
25.01.2024 , 16:12

Premyer Liqanın XX turunda keçiriləcək “Turan Tovuz” – “Səbail” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 26 yanvar tarixində, saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
