Tovuzda bərabərlik, Sumqayıtda heç-heçə
01.02.2025 , 20:30

Bu gün Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Digər qarşılaşma isə “Araz-Naxçıvan” və “Sumqayıt” arasında baş tutub. Matçda qapılara qol vurulmayıb – 0:0.
Azərbaycan Premyer Liqası
XXI tur
1 fevral
16:00 “Turan Tovuz” – “Səbail” – 1:1
Qollar: Aleks Serrano 29 – Madi Keta 83
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” – 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
