“Turan Tovuz” Rumıniya klubuna məğlub oldu
09.01.2023 , 18:11
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün yoxlama matçına çıxıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.
Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan “Turan Tovuz” yanvarın 13-də İsveçrənin “Aarau”, 17-də isə Polşanın “Qurnik” klubu ilə üz-üzə gələcək.
Yoxlama oyunu
9 yanvar
16:00 Turan Tovuz – Petrolul (Rumıniya) – 2:3