“Turan Tovuz” rəhbərliyindən qonşusuna jest
11.10.2023 , 12:38
Gəncə səhər stadionunun sökülməsi və yerində yeni arenanın tikilməsi ilə bağlı başlanilan işlərlə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını baş şəhərdə keçirəcək.
Korner.az-ın məlumatına görə, Gəncə klubu mövsümün sonuna kimi ev oyunlarını Tovuzda keçirəcək. Artıq bununla bağlı klub yekun qərarıni verib.
Qeyd edək ki, “Turan Tovuz”un rəhbərliyi “Kəpəz”in bu durumundan agah olan kimi qonşu şəhərin komandasına qucaq açıb.